...

Türkiyə Aİ-yə daxil olmaq üçün üzərinə düşən məsuliyyəti anlayır - Dövlət naziri

Dünya xəbərləri Materials 6 İyul 2009 14:58 (UTC +04:00)

Türkiyəyə Aİ-ya daxil olmaq üçün öhdəsinə düşən vəzifələri barədə məlumat verilib, Türkiyənin Dövlət naziri, Türtkiyənin  Aİ-ya daxil olması ilə bağlı danışıqların rəhbəri Egement Bakış deyib, The Journal of Turkish Weekly jurnalı məlumat verib.

"Türkiyənin də öz tərəfdaşlarından vəzifələrini yerinə yetirməyi tələb etmək haqqı var", - Bakış deyib.

Bakış bəyanatı Yunanıstanın xarici işlər naziri Dora Bakoyyanisin yunan "İmerisiya" qəzetinə verdiyi müsahibəsindən sonra səsləndirib.

Qəzetə müsahibəsində Bakoyyanis bildirib  ki, onun ölkəsi Türkiyənin Aİ-ya daxil olmasını həmişə dəstəkləyib və Yunanıstanın mövqeyi aydındır.

Bakoyyanis deyib ki, əgər Türkiyə Ankara protokoluna sadiq qalmayacaqsa, Avropa "dondurulmuş" anlara dair danışıqları başlamayacaq.

Yunanıstanın xarici işlər naziri bildirib ki, Türkiyə Aİ-yə daxil olmaq üçün səkkiz fəsildən əlavə digər şərtləri də yerinə yetirməyə borcludur. Bakoyyanis deyib ki, Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığa başlamalıdır.

"Aİ ilə anışıqlarda bizim əleyhimizə manevrlərdən istifadə edən həmsöhbətlərimiz daha üstün mövqedə olsalar da, vacib şərtlərdən olan  qeyri-qanuni əsasda olmaya bilərlər", - Bakış deyib.

Bakış eyni zamanda bildirib ki, razılıq bərabər şərt və əsaslarda, qarşılıqlı razılıq prinsipi üzrə olmalıdır. "Türkiyə bu təbliğata uymayacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti