...

İranın Keşikçilər Şurası seçkilərin nəticələrinə olan etirazlara baxılmasının təfərrüatını açıqlayacaq

Dünya xəbərləri Materials 8 İyul 2009 16:03 (UTC +04:00)

İranın Keşikçilər Şurasının mətbuat katibi Abbasəli Kədxudayi çərşənbə günü bildirib ki, gələn həfənin əvvəllərində iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticələrinə olan etirazlara baxılması haqqında məruzə hazırlanıb və məruzədə bu məsələnin təfərrüatları açıqlanacaq. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

"Məruzədə seçkilərin nəticələrinə olan etirazların araşdırılmasının detalları, Keşikçilər Şurasının araşdırmalarının nəticəsi, seçkiləri müşahidə etmək üçün xüsusi heyətin yaradılması prosesi, heyətin gördüyü işlər, etiraz etmiş namizədlərə və seçkiləri keçirən orqana ünvanlanmış məktublar və s. yer alıb", -deyə Kədxudayi bildirib.

Onun sözlərinə görə, məruzə 80 səhifədən ibarətdir. "Məruzə İranın ali liderinə, rəsmi orqanlara və əhaliyə təqdim olunacaq", - şuranın mətbuat katibi deyib.

Trend Nesws-un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Rəsmi məlumata əsəsən, son hadisələrdə 1032 nəfər həbs olunub, 20 nəfər həlak olub. Həbs olunanların əksəriyyəti azadlığa buraxılıb.Qeyri-rəsmi məlumatlara əsasən, 150 nəfər həlak olub. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti