...

Kipr adasının başçıları danışıqlar aparıblar

Dünya xəbərləri Materials 18 İyul 2009 12:50 (UTC +04:00)
Şimali Kipr Türk Respublikasının Prezidenti Mehmet Əli Tələt və Kipr Respublikasının Prezidenti Dimitris Kristofias cümə günü bufer zona - Lefkoşada adanın birləşdirilməsi haqqında danışıqlar aparıblar. Bu barədə Türkiyənin"The Journal Of Turkish Weekly" dərgisi xəbər verib.
Kipr adasının başçıları danışıqlar aparıblar

Şimali Kipr Türk Respublikasının Prezidenti Mehmet Əli Tələt və Kipr Respublikasının Prezidenti Dimitris Kristofias cümə günü bufer zona - Lefkoşada adanın birləşdirilməsi haqqında danışıqlar aparıblar. Bu barədə Türkiyənin "The Journal Of Turkish Weekly" dərgisi xəbər verib.

BMT-nin xüsusi səfirinin və baş katibinin adadakı xüsusi nümayəndəsinin vasitəçiliyi ilə liderlər Kiprdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Adanın türk icmasının başçısı Əli Tələt bildirib ki, ilin sonuna kimi danışıqları davam etdirmək niyyətindədir, bundan sonra isə 2010-cu ildə referendum keçiriləcək.

Prezidentlərin növbəti görüşü iyulun sonunda baş tutacaq.

Şimali Kipr Türk Respublikası beynəlxalq cəmiyyət, həmçinin BMT tərəfindən tanınmayıb.

BMT-nin Təhlükəsizlik Şurası Kiprin ikizonalı və ikiicmalı (yunan və türk) federasiyasının yaradılması ilə birləşdirilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti