...

Mitçell İsraillə danışıqlardan razı qalıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2009 14:23 (UTC +04:00)

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, Fələstin-İsrail danışıqlarının əsas vasitəçisi Corc Mitçell çərşənbə günü İsrail diplomatları ilə yəhudi yaşayış məskənlərinin inşası ətrafında keçirilən görüşlərdən məmnun qaldığını bəyan edib, İsrailin Haaretz qəzetində deyilib.

Mitçell gələn həftə regiona səfəri zamanı Qərb sahillərində yaşayış məntəqələri probleminin həlli yollarını axtarmağa davam etmək niyyətindədir.

ABŞ Binyamin Netanyahu hökumətindən Qərb sahillərində yaşayış məntəqələrinin inşaatının tamamilə dondurulmasını tələb edir və İsrailin fəaliyyətinə "sülh proseslərinə maneə kimi" kimi baxır.

İsrailin Baş naziri Netanyahu keçən həftə Londonda Fələstin administrasiyası ilə yenidən danışıqlara başlamaq üçün yaşayış məntəqələrinin inşaatının doqquz ay müddətində dayandırılması haqda plan işləyib hazırladığını bəyan edib.

Muxtariyyətin rəsmi nümayəndələri İsraillə 2003-cü ildə qəbul edilmiş "Yol Xəritəsi"nə uyğun olaraq, bütün yaşayış məntəqələrinin inşaatı dondurulmayana qədər dioloqu bərpa etməkdən imtina ediblər. "Yol Xəritəsi"nə əsasən, fələstinlilər İsrailə hücumları dayandırmaq öhdəçiliyini üzərlərinə götürüblər.

Netanyahu Qərb sahillərində yəhudi ailələrinin "təbii artımının" inkişafını əsas gətirərək yaşayış məntəqələrinin tamamilə dondurulmasından imtina edib.

"Senator Mitçell və İsrail nümayəndələri bir daha sülhün tam bərqərar edilməsi tərəfdarı olduqlarını və hər tərəfdən bu istqamətdə konkret addımlar atacaqlarını təsdiqləyiblər. Danışıqlar gələn həftə senator Mitçelin reqiona səfəri zamanı davam etdiriləcək", - ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Kelli, Reuters agentliyinə məlumat verib.

Barak Obama administrasiyası sentyabrın sonunda BMT Baş Assambleyasının iclasında Fələstin-İsrail danışıqlarının yenidən başlamasını elan etməyə ümidvardır.

Xəbər lenti

Xəbər lenti