...

Nə olursa olsun, kürd problemini həll edəcəyik - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 18 Sentyabr 2009 17:31 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın keçirdiyi toplantıda hakimiyyətin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib.
Nə olursa olsun, kürd problemini həll edəcəyik - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın keçirdiyi toplantıda hakimiyyətin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Nə olursa olsun, kürd problemini həll edəcəyik və bu yoldan vaz keçməyəcəyik", - deyə Ərdoğan bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

DTP lideri ölkə ərazisində "demokratik açılım" (kürd probleminin həlli) zamanı ordunun PKK-ya qarşı apardığı mübarizəni dayandırmağa çağırıb.

Baş nazir onu da bildirib ki, müxalifətin bu problemin həllinin əleyhinə olması əsassızdır.

"Türkiyə vətəndaşı bu problemin həllini gözləyir. Türkiyə sadəcə Ankaradan ibarət deyil", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti