...

Yeni müzakirələr "5+1" qrupu ölkələri üçün bir fürsətdir - İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 10:38 (UTC +04:00)
İran İslam Respublikasının Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili çərşənbə günü Cenevrəyə səfər edib. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.
Yeni müzakirələr "5+1" qrupu ölkələri üçün bir fürsətdir - İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi

İran İslam Respublikasının Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili çərşənbə günü Cenevrəyə səfər edib. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.

Cəlili Tehran hava limanında jurnalistlərə bildirib ki, İran "5+1" qrupu ölkələri ilə bu gün müsbət atmosferdə, xoş niyyətlə müzakirələrə başlayır. "İran bu danışıqları strateji, uzunmüddətli və qarşılıqlı əməkdaşlıq çərçivəsində aparılan danışıqlar kimi nəzərdən keçirir", - deyə Cəlili bildirib.

Cəlili "5+1" qrupu ölkələri təklif olunmuş təklifləri dəyərləndirəcək, ya yox" sualına cavabında bildirib ki, "bizim fikrimizcə, bu danışıqlar BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ("5+1" qrupu ölkələri) üçün bir fürsətdir". "Ümid edirik ki, onlar bu fürsəti əməkdaşlıq üçün dəyərləndirəcəklər", - deyə Cəlili bildirib.

"5+1" qrupu ölkələri və İran arasında oktyabrın 1-də İranın nüvə proqramına dair müzakirələr başlayacaq. Amerika, Fransa və Britaniya uranı zənginləşdirməyi dayandırmadığı üçün İranı yeni sanksiyalarla hədələyiblər.

Xəbər lenti

Xəbər lenti