Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Ermənistan Prezidentinin Türkiyəyə gəlməsini arzu etdiklərini bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Sarkisyanın Türkiyəyə gəlməsini arzulayırıq və ümid edirik ki, bu səfər baş tutacaq", - deyə Davudoğlu bildirib.