...

Sanksiyalar nəticəsində inkişaf etdik - İranın vitse-prezidenti

Dünya xəbərləri Materials 29 Oktyabr 2009 13:45 (UTC +04:00)
İranın vitse-prezidenti Məhəmməd Rıza Rəhimi bildirib ki, beyləxlaq sanksiyalar İranın inkişafına səbəb olub. O, ölkənin alimləri ilə fəxr etdiyini bildirib.
Sanksiyalar nəticəsində inkişaf etdik - İranın vitse-prezidenti

İranın vitse-prezidenti Məhəmməd Rıza Rəhimi bildirib ki, beyləxlaq sanksiyalar İranın inkişafına səbəb olub. O, ölkənin alimləri ilə fəxr etdiyini bildirib.

Rəhimi əlavə edib ki, İran İslam İnqilabından etibarən (1979-cui il) rəsmi Tehrana sanksiyalara məruz qalıb və ölkə əldə etdiyi nailiyyətlərin 80 faizini daxili potensiallarına söykənərək qazanıb. Bu barədə İRNA agentliyi oktyabrın 29-da məlumat verib.

Vitse-prezident Tehranda keçirilən Elektrik Enerjisi Sərgisində çıxışı zamanı bildirib ki, son dörd ildə ölkədə elektrik enerjisi istehsalında 30 faiz artım qeydə alınıb. O, Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə elektrik enerjisi istehsalında 17 min meqavat artım olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti