...

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəməndəki qiyamçıların mövqelərini bombalayıb

Dünya xəbərləri Materials 5 Noyabr 2009 17:06 (UTC +04:00)
Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəmənin şimalında şiə qiyamçılarının mövqelərini bombalayıb.
Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəməndəki qiyamçıların mövqelərini bombalayıb

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəmənin şimalında şiə qiyamçılarının mövqelərini bombalayıb. Məlumatı "Al Jazeera Net" saytı Səudiyyə Ərəbistanı mənbələrinə istinadən yayıb.

Çərşənbə günü Səudiyyə Ərəbistanı sərhədində və Şimali Yəməndə bir əsgər həlak olub, 11 nəfər isə yaralanıb.

Qiyamçılar Səudiyyə Ərəbistanına Yəmənin dağlıq hissəsindən keçiblər. Burada Yəmən hökumət qoşunları daima qiyamçılarla mübarizə aparır.

Yəmən qiyamçıları Cəbəl əd-Duxan dağlıq ərazisinin ələ keçirilməsini elan edərək, ər-Riyadı Yəmənin daxili işlərinə müdaxilədə təqsirləndirirlər. Məlumatı Reuters yayıb.

Yəməndə 2004-cü ildən vətəndaş müharibəsi gedir. Əbdülməlik əl-Husinin rəhbərlik etdiyi şiə qiyamçıları Şimali Saad əyalətində başlanan müharibədən sonra Sanın siyasətinə qarşı çıxıblar.

Xəbər lenti

Xəbər lenti