...

Tehranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 13 Noyabr 2009 10:42 (UTC +04:00)
Ötən gecə İranın paytaxtı Tehranda Rixter cədvəli üzrə 2.4 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Tehranda zəlzələ baş verib

Ötən gecə İranın paytaxtı Tehranda Rixter cədvəli üzrə 2.4 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Tehran Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz yeraltı təkanların yerli vaxtla saat 23:00-də baş verdiyini qeyd edib. Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanlar əsasən Tehranın şərqində qeydə alınıb.

Ümumiyyətlə, İranda tez-tez dağıdıcı zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kerman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdir. Zəlzələ nəticəsində 31 000 insan həlak olmuşdu.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7.7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 000 insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində 100 000 nəfərdən çox insan yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti