...

Permin gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 103 nəfərə çatıb

Dünya xəbərləri Materials 5 Dekabr 2009 13:19 (UTC +04:00)
Permdə "Xromaya loşad" gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı artıb.
Permin gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 103 nəfərə çatıb

Permdə "Xromaya loşad" gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı artıb. Perm xəstəxanasından "İnterfaks"a verilən məlumata görə, ora gətirilən xəstələrdən 5-i vəfat edib. Bununla həlak olanların sayı 103 nəfərə çatıb. "Bizə gətirilən xəstələrdən ikisi artıq vəfat etmişdi, ikisi də sonra vəfat etdi və indi daha biri vəfat edib", - agentliyin müsahibi deyib.

Hadisə Permdə yerli vaxtla təxminən saat 1-də gecə klub-kafesinin yeddi illiyinin qeyd edilməsi zamanı baş verib. Klub demək olar ki, tamamilə yanıb. Ümumi sahəsi 500 kvadrat metr olan obyektin 400 kvadrat metri yanıb.

Xəbər lenti

Xəbər lenti