...

İranın xarici işlər naziri Bəhreyndə səfərdədir

Dünya xəbərləri Materials 12 Dekabr 2009 10:30 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki "Manama dialoqu" regional təhlükəsizlik iclasında iştirak etmək üçün ötən gecə Bəhreynin paytaxtı Manamaya səfər edib.
İranın xarici işlər naziri Bəhreyndə səfərdədir

Azərbaycan, Bakı, 12 dekabr / Trend /

İranın xarici işlər naziri Mənuçöhr Müttəki "Manama dialoqu" regional təhlükəsizlik iclasında iştirak etmək üçün ötən gecə Bəhreynin paytaxtı Manamaya səfər edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

İranın XİN rəhbəri Sudandan Bəhreynə gəlib. O, bu gün "Manama dialoqu" regional təhlükəsizlik iclasında çıxış edəcək.

Müttəki səfər çərçivəsində iclasda iştirak edən digər ölkələrin XİN rəhbərləri və Bəhreyn rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti