...

Pakistan Prezidenti Suriyada səfərdədir

Dünya xəbərləri Materials 9 Yanvar 2010 13:56 (UTC +04:00)
Pakistan Prezidenti Asif Əli Zərdari Suriyaya ikigünlük rəsmi səfər edib.
Pakistan Prezidenti Suriyada səfərdədir

Pakistan Prezidenti Asif Əli Zərdari Suriyaya ikigünlük rəsmi səfər edib. Məlumatı TRT Russian saytı yazır.

Pakistanın rəsmi informasiya agentliyinin məlumatına görə, Zərdari Suriya Prezidenti Bəşşar əl-Əsədlə görüşüb. Görüş zamanı Pakistan-Suriya əlaqələri, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Bundan əlavə, liderlər Əfqanıstan problemi üzrə bu ay Türkiyədə keçirilməsi planlaşdırılan regional konfransla bağlı fikir mübadiləsi aparıblar.

Pakistan tərəfinin Suriyaya prezident səviyyəsində son səfəri 3 il əvvəl sabiq Prezident Pərviz Müşərrəf tərəfindən baş tutmuşdu.

Xəbər lenti

Xəbər lenti