...

İran Prezidenti Rusiyadakı son terror aktlarını pisləyib

Dünya xəbərləri Materials 2 Aprel 2010 19:01 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad Rusiya Prezidenti Dmitri Medvedevə göndərdiyi məktubda Moskvada iki metrostansiyada və Kizlyarda törədilən terror aktını pisləyib. Bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.

Əhmədinejad bildirib ki, İran xalqı həmin hadisələr zamanı həlak olmuş insanların yaxınlarının dərdinə şərik çıxır və Allahdan səbr diləyir.

O, həmçinin əlavə edib ki, terror hücumlarından əziyyət çəkən bir ölkə kimi İran bu cür əməlləri pisləyir.

Xəbər lenti

Xəbər lenti