Türkiyə-İsrail münasibətlərində gərginliyin davam etməsinə baxmayaraq, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu mayın əvvəlində İsrailə səfər edəcək. Məlumatı CNN Turk yayıb.
Mayın 2-də baş tutacaq səfərin məqsədi Türkiyə və İsrail arasında siyasi məsləhətləşmələrə dair iclasda iştirak etməkdir.
Sinirlioğlu İsrail tərəfi ilə ötən qış Qəzza sektorunda hərbi əməliyyatlardan sonra münasibətlərin pozulması səbəblərini müzakirə edəcək.
O, həmçinin İsrail-Fələstin danışıqlarının və Suriya arasında barışıq haqqında birbaşa dialoqlarda Türkiyənin təkrar vasitəçiliyinin bərpa yollarını müzakirə edəcək.
İsrail və Türkiyə arasında sonuncu siyasi məsləhətləşmələr yanvarın 1-də İsrail XİN-in müşaviri Yossi Qalın iştirakı ilə Ankarada baş tutub.
Türkiyə və İsrail arasında indiyə kimi hərbi, siyasi və iqtisadi sahələrdə çox sıx əlaqələr mövcud olub. Münasibətlər 2008-ci iln dekabrı - 2009-cu ilin yanvarında İsrail ordusunun Qəzzada keçirdiyi hərbi əməliyyatlar ilə bağlı pisləşib. Ötən ilin yanvarında Ərdoğan İsrailin fəaliyyətinə etiraz əlaməti olaraq Davosda keçirilən Dünya İqtisadi Forumunun iclasını Prezident Şimon Peres ilə bir yerdə olmaq istəmədiyini bildirərək tərk edib.
Həmin ilin oktyabırında Türkiyə İsrail HHQ-nin iştirak etməli olduğu "Anadolu Qartalı" beynəlxalq təlimlərini təxirə salıb.
İsrail türkiyəli Baş nazirin tənqidinə ağır reaksiya verib və iki dəfə fələstinlilərin İsrail hərbçiləri tərəfindən kütləvi şəkildə qətlə yetrilməsini nümayiş etdirən və "Mossad" kəşfiyyat agentlərinin uşaq oğruları kimi təqdim olunduğu "Kurtlar vadisi" teleserialının yayımlanmasına öz etrirazını bildirib.
Bu serialın yayımlanması iki ölkə arasında diplomatik qalmalaq yaratmışdı. O zaman İsrail xarici işlər naziri Daniel Ayalon KİV-in iştirakı ilə Türkiyənin Təl-Əvivdəki səfiri Oğuz Çelikoğluna hörmətsizlik etmişdi. İsrail sonradan Türkiyədən rəsmi şəkildə üzr istəmişdi.