...

Türkiyə və Rusiya viza rejiminin ləğvi barədə saziş imzalayıblar (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 May 2010 17:24 (UTC +04:00)
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov iki ölkə arasında viza rejiminin ləğvi haqqında saziş imzalayıblar.
Türkiyə və Rusiya viza rejiminin ləğvi barədə saziş imzalayıblar (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra təfərrüatı ilə əlavə olunub

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd DavudoğluSergey Lavrov iki ölkə arasında viza rejiminin ləğvi haqqında saziş imzalayıblar. Məlumatı "Rusiya-24" telekanalı yayıb.

Hər iki ölkənin vətəndaşları bir ay ərzində vizaları qanuniləşdirmədən Türkiyə və Rusiyada qala bilərlər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Moskvaya bu ilin yanvarında səfəri zamanı viza rejiminin ləğvi məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

Türkiyə bir çox ərəb ölkələri - Liviya, Suriya, İraq və Livanla viza rejimini ləğv edib. Hazırda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında sadələşdirilmiş viza rejimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti