...

Əmiri ABŞ tərəfindən təklif olunan 50 milyon dollar rüşvətdən imtina edib

Dünya xəbərləri Materials 15 İyul 2010 14:33 (UTC +04:00)
ABŞ və Səudiyyə Ərəbistanı agentləri tərəfindən oğurlandıqdan 14 ay sonra azadlığa çıxan İran alimi Şəhram Əmiri ABŞ-ın əməkdaşlıq üçün təklif etdiyi 50 milyon dollar rüşvətdən imtina edib, - məlumatı Press-TV yayıb.
Əmiri ABŞ tərəfindən təklif olunan 50 milyon dollar rüşvətdən imtina edib

ABŞSəudiyyə Ərəbistanı agentləri tərəfindən oğurlandıqdan 14 ay sonra azadlığa çıxan İran alimi Şəhram Əmiri ABŞ-ın əməkdaşlıq üçün təklif etdiyi 50 milyon dollar rüşvətdən imtina edib, - məlumatı Press-TV yayıb.

Tehrana gəlişi münasibətilə cümə axşamı keçirilmiş mətbuat konfransında çıxış edən Əmiri bildirib ki, onun oğurlanması ABŞ-ın İrana qarşı "psixoloji təbliğat" siyasətinin bir hissəsi hesab olunur.

O əlavə edib ki, oğurlandığı ilk gündən bəri Amerika vəzifəli şəxsləri İran hökumətinə qarşı öz siyasi planlarını gerçəkləşdirmək üçün onu pulla öz tərəflərinə çəkmək istəyiblər.

"Onlar ( ABŞ-ın təhlükəsizlik agenti) mənə 50 milyon dollar təklif edərək, İrana qayıtmamaq şərtilə, Avropa ölkələrinin birində özüm və ailəm üçün normal həyat tərzi yaradacaqlarını demişdilər", - Əmiri söyləyib.

O, həmçinin, ABŞ-ın CNN telekanalında onun müsahibə verməsi təklifini xatırladaraq bildirib ki, "Oğurlandığım ilk günlərdən bəri amerikalılar mənə CNN-ə 10 dəqiqəlik müsahibə üçün 10 milyon dollar verməyə hazır idilər".
İran alimi, həmçinin, onun ailəsi İran İslam Respublikası tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra, Vətənə qayıtmaq barədə qərar verməsi fikrini təkzib edib.

"Bu yalandır. Mən oğurlandıqdan sonra İranın rəsmi şəxsləri mənim ailəmə dəstək olublar", - Əmiri bildirib.

Əmiri 2009-cu ilin iyun ayında Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı itkin düşmüşdü.

İran ABŞ-ın kəşfiyyat xidmətini Əmirinin oğurlanmasında günahlandıraraq, Amerika hökumətindən, iranlıların fikrincə, ər-Riyaddan Vaşinqtona aparılan alimin öz ölkəsinə qaytarılmasını tələb edib. Daha sonra Qərb KİV tərəfindən verilən digər mülahizələrə görə, İran alimi özü İrana qayıtmamaq və Amerika kəşfiyyat xidməti ilə əməkdaşlıq etməyə qərar verib.
Əmiri oğurlanana qədər "Malek Aştar" Tehran Texnoloji Universitetində sıravi mütəxəssis vəzifəsində çalışırdı. Rəsmi Tehran bütünlüklə onun İranın nüvə proqramına aidiyyəti olduğunu inkar edir.

Xəbər lenti

Xəbər lenti