...

İranın Sistan - Bəlucistan əyalətində 4,6 gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 İyul 2010 11:21 (UTC +04:00)
Ötən gecə İranın Sistan - Bəlucistan əyalətinin Səravan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
İranın Sistan - Bəlucistan əyalətində 4,6 gücündə zəlzələ baş verib

Ötən gecə İranın Sistan - Bəlucistan əyalətinin Səravan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 22:15-də baş verdiyini qeyd edib.

Hələlik zəlzələ nəticəsində dağıntılar, ölən və yaralananlar haqqında məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti