...

İrana qarşı sanksiyalar siyasi oyundur – Əhmədinejad

Dünya xəbərləri Materials 2 Avqust 2010 14:13 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən bu yaxınlarda onun ölkəsinə qarşı sanksiyaların tətbiq edilməsini pisləyib. Bu barədə ILNA agentliyi xəbər verir.
İrana qarşı sanksiyalar siyasi oyundur – Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən bu yaxınlarda onun ölkəsinə qarşı sanksiyaların tətbiq edilməsini pisləyib. Bu barədə ILNA agentliyi xəbər verir.

"İrana qarşı sanksiyalar siyasi oyundur ", - Əhmədinejad

Nazirlər Kabinetinin iclasında bildirib.

O əlavə edib ki, "Ölkənin düşmənləri və lovğa dövlətlər inkişaf etmiş İrana qarşı çıxırlar, çünki bu, onların əzəmətini iflasa uğrada bilər".

"Düşmənlər İranı "zəif ölkə" kimi təqdim etmək məqsədilə sui-qəsd qururlar", - Əhmədinejad bildirib.

İran Prezidenti onu da qeyd edib ki, "Tehranın təzyiqlər altında geri çəkiləcəyini və zəifləyəcəyini hesab etmək səhv olardı" və əlavə edib ki, "Ölkə hədələrdən bə təbliğatdan istifadə etməli və onları yeni imkanlara çevirməlidir".

Ötən həftə Aİ-nin 27 ölkəsinin XİN başçıları Brüsseldə keçirilən görüşdə İrana qarşı əlavə sanksiyaları təsdiqləyiblər. Onların böyük hissəsi iyulun 27-dən - çərşənbə axşamından qüvvəyə minir. Aİ sanksiyaları ölkənin neft-qaz sahəsinə investisiyaların dondurulmasını, sahəvi texnologiya və avadanlıqların verilməməsi və profilli xidmətlərin göstərilməsinə qadağaların tətbiqini nəzərdə tutur. Ticarət sahəsində İranın hərbi məqsədlər üçün istifadə edə biləcəyi məhsulların ixracını qadağan etmək təklif olunur.

Xəbər lenti

Xəbər lenti