...

İranda daha beş nəfər edam olunub

Dünya xəbərləri Materials 7 Avqust 2010 14:53 (UTC +04:00)
Bu gün İranın Əhvaz şəhərində narkotik qaçaqmalçılığında təqsirləndirilən 5 nəfər edam olunub. Məlumatı FARS informasiya agentliyi yayıb.
İranda daha beş  nəfər edam olunub

Bu gün İranın Əhvaz şəhərində narkotik qaçaqmalçılığında təqsirləndirilən 5 nəfər edam olunub. Məlumatı FARS informasiya agentliyi yayıb.

Məhkumlar Əhvaz şəhərinin Karun həbsxanasında edam olunub.

İyul ayında narkotik qaçaqmalçılığında təqsirləndirilən yeddi nəfər edam edilib. Onlardan dörd nəfəri Kirman vilayətində, üç nəfəri isə Əhvaz şəhərinin cəzaçəkmə müəssisəsində edam edilib.

Beynəlxalq KİV-in məlumatına əsasən, cari il ərzində indiyədək İranda doxsan iki nəfər edam olunub. Ötən il isə bu rəqəm İranda iki yüz yetmiş olmuşdu.

Xəbər lenti

Xəbər lenti