...

Tehran Bəyannaməsi İranın nüvə məsələsi üzrə danışıqlara son qoymağa imkan verir – Əhmədinejad

Dünya xəbərləri Materials 24 Sentyabr 2010 18:25 (UTC +04:00)

Nüvə yanacağının mümkün mübadiləsi haqqında Tehran Bəyannaməsi dünya dövlətləri üçün İranın nüvə məsələsi üzrə danışıqlara son qoymağa "imkan verir". Bunu İran Prezidenti Mahmud Əhmədinejad Nyu-Yorkda Braziliyanın xarici işlər naziri Selso Luis Nunes Amorimlə görüşdə deyib. Məlumatı "Press TV" yayıb.

"Tehran Bəyannaməsi əməkdaşlıq üçün hərtərəfli, dəqiq və məntiqi əsası olan təklif irəli sürüb, - Əhmədinejad qeyd edib. - Bəyannamənin "süngü ilə qarşılanması"na baxmayaraq, sənəd hələ də [beynəlxalq] münasibətlərdə mühüm rol oynayır".

Uranın mübadiləsi haqqında üçtərəfli saziş mayın 17-də İran, Türkliyə və Braziliya arasında imzalanıb. Bu ölkələrin xarici işlər nazirləri Tehrandakı elmi-tədqiqat reaktoru üçün İranın malik olduğu az zənginləşdirilmiş uranın (3,5 faizədək) yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi üçün saziş layihəsi imzalayıblar. Sənədə görə, mübadilə Türkiyə ərazisində həyata keçiriləcək. İran saziş çərçivəsində öz az zənginləşdirilmiş uranını Türkiyəyə göndərərək, əvəzində 120 kiloqram nüvə yanacağı almağa hazırdır.

Lakin ABŞ və onun Avropa müttəfiqləri Bəyannaməni tənqid ediblər.

Xəbər lenti

Xəbər lenti