...

Naməlum şəxslər İordan çayının qərb sahilində məscidi yandırıblar

Dünya xəbərləri Materials 4 Oktyabr 2010 16:09 (UTC +04:00)
İordan çayının qərb sahilində yerləşən Fələstin məscidi ötən gecə, son həftə ərzində yəhudi məskunları və ərəblər arasında artan müqavimət fonunda, amansız vəhşiliyə və yanğına məruz qalıb.
Naməlum şəxslər İordan çayının qərb sahilində məscidi yandırıblar

İordan çayının qərb sahilində yerləşən Fələstin məscidi ötən gecə, son həftə ərzində yəhudi məskunları və ərəblər arasında artan müqavimət fonunda, amansız vəhşiliyə və yanğına məruz qalıb. Bu barədə İsrailin "Haaretz" qəzeti yazır.

İsrail polisi şübhələnir ki, yanğını yəhudi məskunlar beynəlxalq ictimaiyyətin Fələstin ərazilərində köçürülmə fəaliyyətini dondurmaq tələbinə etiraz əlaməti olaraq törədiblər.

İsrail qəzeti yazır ki, əksəriyyəti fələstinlilər olan yerli sakinlər alovu görən kimi onu söndürməyə qaçıblar, lakin yəhudi məskunların müqaviməti ilə rastlaşıblar.

İsrail ordusu insident yerinə vaxtında gələ və odu söndürə bilib. Məsciddə baş verən yanğın nəticəsində Quranın bir neçə nüsxəsi və canamazlar yanıb.

Fələstin Administrasiyası yanğın aktını kəskin şəkildə pisləyərək onu "məskunlar tərəfindən zorakılığın ciddi yayılması" kimi xarakterizə edib.

Hücum yəhudi sakinlərin İsrail hökumətinə fələstinlilərlə dialoqu davam etdirmək üçün yeni yaşayış bloklarının tikintisini dayandırmaqla bağlı təzyiqə cavab kimi qiymətləndirilir.

Bu, qərb sahilində məscid yandırılması ilə bağlı baş verən ilk hadisə deyil. Cari ilin aprelində naməlum şəxslər Nəblusdakı məscidin üzərində Davud peyğəmbərin ulduzunu çəkməklə, bunu yəhudi məskunların tikintisinə moratoriyaya cavab adlandırıblar.

Xəbər lenti

Xəbər lenti