Nequr və Cekiqur sərhəd keçidlərində qaçaqçılar və sərhədçilər arasında atışma baş verib. Atışma nəticəsində ölən olmayıb, bir neçə nəfər həbs edilib və yanacaqla dolu bir neçə avtomobil müsadirə olunub. Bunu İranın Sistan və Bəluçistan əyalətinin Sərhəd Qoşunları Qərargahının rəis müavini Əhməd Şəhrəki deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.
Şəhrəki bildirib ki, qaçaqçılardan 5 nəfər həbs olunsa da, 5-i Pakistan ərazisinə qaçmağı bacarıb. Həbs olunmuş qaçaqçılardan 8940 litr həcmində yanacaq (benzin) müsadirə edilib.