Somali Parlamentinin spikeri Əbdürrəhman Məhəmməd Abdullahi gələn həftə İrana səfər edəcək. Bu barədə MEHR agentliyi məlumat verir.
Məlumata görə, Abdullahi Tehrana dekabrın 26-dan başlayacaq üç günlük səfər zamanı İranlı həmkarı Əli Laricani, Prezident Mahmud Əhmədinejad və digər rəsmilərlə görüşəcək, ikitərəfli əlaqələrin inkişafı barədə müzakirələr aparacaq.