...

ABŞ rəsmilərinin regiona səfəri uğursuz olacaq - İran XİN-in sözçüsü

Dünya xəbərləri Materials 11 Yanvar 2011 12:22 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst ABŞ rəsmilərinin regiona səfərinin uğursuz olacağını bildirib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı /iribnews.ir/ məlumat verib.
ABŞ rəsmilərinin regiona səfəri uğursuz olacaq - İran XİN-in sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst ABŞ rəsmilərinin regiona səfərinin uğursuz olacağını bildirib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı /iribnews.ir/ məlumat verib.

"ABŞ rəsmilərinin region ölkələri arasında ixtilaf yaratmaq üçün səyləri və bununla bağlı regiona ardıcıl səfərləri uğusuz olacaq", - Mehmanpərəst ABŞ dövlət katibi Hillari Klintonun Fars körfəzi ölkələrinə səfəri ilə bağlı sualı cavablandırarkən deyib.

Beynəlxalq KİV-in məlumatına görə, ABŞ dövlət katibi Hillari Klinton İraqın yeni hökumətinin formalaşdırılması məsəsləsinin müzakirəsi və İranın nüvə fəaliyyətlərinə görə daha sərt cəzalar verilməsinə dəstək almaq məqsədilə yanvarın 9-dan Fars körfəzi ölkələrinə səfərə çıxıb. Dövlət katibi səfər zamanı Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq. Dövlət Departamentinin rəsmilərinin bildirdiyinə görə, xanım Klinton körfəz ölkələrinin liderlərinə gələn həftə İstanbulda İranla nüvə danışıqlarının növbəti raundu ilə bağlı ABŞ-ın gözləntilərini çatdıracaq. ABŞ rəsmiləri bildiriblər ki, Klinton körfəz liderləri ilə İrana qarşı BMT sanksiyalarına daha yaxşı əməl edilməsi yollarını müzakirə edəcək.

Mehmanpərəst əlavə edib ki, region ölkələri öz birliklərini qoruyub saxlamaqla müstəmləkəçi güclərə regionu öz müstəmləkəri altında saxlmağa imkan verməyəcəklər.

"Sanksiyalar İranın inkişafına və davranışlarına heç bir təsir etməyəcək. İran xalqı öz yolunu seçib və tam gücü ilə bu yolu davam etdirəcək", - Mehmanpərəst deyib .

Dekabrın 6-7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran və "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) arasında danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlar prosesinin yekunları üzrə müzakirələrin yanvarın 20-də İstanbulda davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti