...

İranda yeni "Şələmçə" və "Zəfər" adlı raketlər istifadəyə verilib

Dünya xəbərləri Materials 18 Aprel 2011 12:47 (UTC +04:00)
İranda hava hücumundan müdafiə (HHM) sistemləri üçün "Şələmçə" və "Zəfər" adlı raketlər istifadəyə verilib.
İranda yeni "Şələmçə" və "Zəfər" adlı raketlər istifadəyə verilib

İranda hava hücumundan müdafiə (HHM) sistemləri üçün "Şələmçə" və "Zəfər" adlı raketlər istifadəyə verilib. Bunu jurnalistlərə İranın müdafiə naziri Əhməd Vəhidi bu gün Tehranda keçirilən hərbi parad zamanı jurnalistlərə deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Vəhidi əlavə edib ki, "Zəfər" adlı qanadlı raket istifadəyə verilib. "Yeni raketlərin istifadəyə verilməsi ilə ölkənin HHM sisteminin gücü artacaq", - Vəhidi deyib.

Bir neçə gün bundan öncə İran HHM sistemləri üçün "Sayad-2" adlı yeni raketi sınaqdan keçirib. Məlumata əsasən, yaxın vaxtlarda raketin sənaye istehsalına başlanacaq.

Aprelin 18-i İranda Silahlı Qüvvələr Günüdür.

Xəbər lenti

Xəbər lenti