...

İran Su-24 təyyarəsini modifikasiya edib

Dünya xəbərləri Materials 25 Aprel 2011 15:09 (UTC +04:00)
İranda Su-24 tipli qırıcı təyyarə modifikasiya olunub. Bu gün Su-24 təyyarəsindən lazer başlıqlı raketin atışı uğurla həyata keçirilib.
İran Su-24 təyyarəsini modifikasiya edib

İranda Su-24 tipli qırıcı təyyarə modifikasiya olunub. Bu gün Su-24 təyyarəsindən lazer başlıqlı raketin atışı uğurla həyata keçirilib. Bunu İranın Hərbi Hava Qüvvələrinin əməliyyatlar üzrə komandir müavini Seyyid Məhəmməd Ələvi deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

"Hazırda mütəxəssislərimizin səyi nəticəsində təyyarənin döyüş idarəetmə sistemində edilən dəyişikliklərdən sonra uzaqmənzilli hava yer tipli lazer başlıqlı raketlərin atışı mümkün olacaq", - Ələvi deyib.

İranda 18 aprel Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi parad zamanı ilk dəfə Su-24 tipli təyyarənin havada digər Su-24 tipli təyyarəyə yanacaq doldurması nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti