...

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 29 İyul 2011 20:54 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner istefa verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner istefa verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.

Məlumata görə, Koşaner ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra bu qərara gəlib.

CNN Türk-ün məlumatına görə, Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yiğit də İşık Koşanerlə analoji addım atıblar.

Telekanalın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Koşaner Baş nazir Ərdoğanın onun təqaüdə çıxmasını istəməsindən sonra istefa verib.

Xəbər lenti

Xəbər lenti