...

Ermənistandakı Metsamor AES-i bağlamaq lazımdır – Türkiyənin energetika naziri

Dünya xəbərləri Materials 19 Oktyabr 2011 11:11 (UTC +04:00)
Ermənistandakı Metsamor AES bütün region üçün böyük təhlükə törədir, ona görə də, bu atom elektrik stansiyası dərhal öz fəaliyyətini dayandırmalıdır.
Ermənistandakı Metsamor AES-i bağlamaq lazımdır – Türkiyənin energetika naziri

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Ermənistandakı Metsamor AES bütün region üçün böyük təhlükə törədir, ona görə də, bu atom elektrik stansiyası dərhal öz fəaliyyətini dayandırmalıdır. Bu barədə jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız məlumat verib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Timetürk" qəzeti yayıb.

Onun sözlərinə görə, dünyada yaşı 40 ili ötən 25-ə yaxın atom elektrik stansiyası var və bu AES-lər bağlanmalıdır.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti