...

İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib

Dünya xəbərləri Materials 20 Fevral 2012 12:55 (UTC +04:00)
İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Rza Təqipura istinadən xəbər verir.
İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran xarici kompüter təhlükəsizliyi proqramlarının ölkəyə gətirilməsini qadağan edib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Rza Təqipura istinadən xəbər verir.

Təqipurun sözlərinə görə, heç bir xarici kompüter təhlükəsizliyi proqramları ölkəyə gətirilməyəcək, bundan sonra İran öz proqram təminatlarına malik olacaq.

O qeyd edib ki, ölkədə təxminən 25 kiçik firma fəaliyyət göstərir ki, onlar müxtəlif səviyyələrdə daxili təhlükəsizliyin təminatı proqramları istehsal edirlər. Həmin proqramların keyfiyyəti tədricən yaxşılaşır.

Xəbər lenti

Xəbər lenti