...

Monrealda polis tələbələri mühasirəyə alıb və onları həbs edilmiş elan edib - KİV

Dünya xəbərləri Materials 24 May 2012 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Kanadanın Monreal şəhərində polis cümə axşamına keçən gecə bir neçə yüz nümayişçini mühasirəyə alaraq onları bu yaxınlarda qəbul edilmiş kütləvi etiraz aksiyalarının sərt şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan qanunu pozduqlarına görə həbs edilmiş elan edib. Trend-in məlumatına görə, bu barədə "La Presse" şəhər qəzeti yazır.

Tələbələrin yürüşü asayiş keşikçilərinin şəhərin mərkəzində nümayişçiləri mühasirəyə alanadək bir neçə saat davam edib.

Polis öz fəaliyyətinin etirazçılar tərəfindən müxtəlif pozuntulara yol verilməsi ilə izah edib. Belə ki, onlar hakimiyyəti öz marşrutları barədə məlumatlandırmayıblar və bundan başqa, onlardan bəziləri maskalar geyiniblər ki, bu da bu yaxınlarda bələdiyyənin qəbul etdiyi qanunlarla qadağan edilib.

Nəşrin yazdığına görə, 400-ə yaxın etirazçı "mühasirədə" qalıb. Polis bildirib ki, onların əksəriyyəti barəsində inzibati hüquq pozuntusu haqqında protokol tərtib ediləcək. Polisə müxtəlif əşyalar atmaqda günahlandırılan barəsində cinayət işi qaldırılacağı bildirilir.

Monrealda təhsil haqlarının artırılmasına qarşı kütləvi tələbə etirazları üç aydan çoxdur başlayıb.

İndi tələbələr ötən həftə Kvebek parlamenti tərəfindən qəbul edilən "icazəsiz mitinqlərin və kütləvi iğtişaşlara yol verilməməsi üçün" xüsusi qanuna qarşı çıxırlar. Sənəd aksiyanın başlamasına 8 saat qalmış polisi xəbərdar etmədən nümayişlərin və mitinqlərin keçirilməsi imkanlarını məhdudlaşdırmağı, tədris məsafəsindən 50 metrə yaxın istənilən kütləvi toplantını qadağan edir və qanunu pozanlar üçün ciddi cərimələr nəzərdə tutur. Polis tədbirin etiraz aksiyasının təşkilatçılarının planlaşdırdıqları yerdən başqa yerə köçürülməsi hüququna malik olacaq.

"78-ci qanun" adlandırılan bu qanunun pozulmasına görə cərimə fərdi şəxslər üçün 1-5 min Kanada dollarınadək (Kanada dolları təxminən ABŞ dollarına bərabərdir) təşkil edə bilər.

Bundan əlavə, Monrealın Bələdiyyə Şurası etiraz aksiyası iştirakçılarına maskalar və ya üzü gizlədən başlıqlar geyinməyi qadağan edir.

"78-ci qanun" fövqəladə xarakter daşıyır və onun fəaliyyət müddəti 2013-cü il iyulun 1-də bitir.

Xəbər lenti

Xəbər lenti