...

İranda qızılın və valyutanın qiymətləri yenidən qalxıb

Dünya xəbərləri Materials 21 Yanvar 2013 15:28 (UTC +04:00)
Bazar ertəsi İranın açıq qızıl bazarında "Azadi" qızıl sikkəsinin biri 15,05 milyon riala satılıb. Bununla da sikkənin qiyməti yeni maksimum həddə çatıb.
İranda qızılın və valyutanın qiymətləri yenidən qalxıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbirlər E Tariverdiyeva, F.Milad/

Bazar ertəsi İranın açıq qızıl bazarında "Azadi" qızıl sikkəsinin biri 15,05 milyon riala satılıb. Bununla da sikkənin qiyməti yeni maksimum həddə çatıb.

Dünən bir qızıl sikkənin qiyməti 13,5 milyon rial idi.

Qızılın qiymətində kəskin artım İranın Hesablama Palatasının üzvlərinin Mərkəzi Bankın rəhbəri Mahmud Bəhmanini ötən il ölkənin bank sistemindən qanunsuz olaraq pul götürməkdə günahlandıraraq işdən çıxarılmasına səs verməsindən sonra baş verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Mehr Nyus" agentliyi xəbər yayıb.

Dünən İran KİV-i Bəhmaninin istefası ilə bağlı Prezident Aparatına rəsmən məktubla müraciət etməsi barədə məlumat verib. Lakin Bəhmaninin xahişinə rədd cavabı verilib.

Xəbər qəzetlərdə dərc olunan kimi İranda xarici valyutaların dəyəri yenidən bahalaşıb. Belə ki, avronun qiyməti 46 min rialadək artıb, Britaniya funtu 54,5 min rial təşkil edir. ABŞ dolları da 35,5 min rialadək bahalaşıb.

Qeyd edək ki, hələ bazar günü dollar və avronun qiymətləri müvafiq olaraq 33,6 min və 44,6 min rial idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti