...

İranlı sərhədçilər yeddi terrorçu qrupun sərhədi keçməsinin qarşısını alıb

Dünya xəbərləri Materials 24 Yanvar 2013 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Cari İran ilinin ilk doqquz ayı ərzində iranlı sərhədçilər yeddi terrorçu qrupun sərhədi keçməsinin qarşısını alıblar. Bunu İranın sərhəd qoşunlarının komandanı, briqada generalı Hüseyn Zülfüqari bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Fars agentliyi xəbər yayıb.

Zülfüqari son əməliyyatlardan birinin ötən həftə keçirildiyini qeyd edib və sərhəddə toqquşma nəticəsində sərhədçilərin terrorçulara atəş açmağa məcbur olduğunu əlavə edib.

Onun sözlərinə görə, silahlı toqquşmadan sonra terrorçular Pakistana qaçmağa məcbur olublar.

Zülfüqari deyib ki, hesabat dövründə sərhəd polisi 24 milyon litr yanacaq və 90 tona yaxın narkotik müsadirə edib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il sərhəd polisi tərəfindən 69 faiz çox yanacaq, 82 faiz çox narkotik və 50 faiz çox spirtli içki müsadirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti