...

Türkiyə HHQ-nin təyyarələri Yunanıstanın hava məkanını pozub

Dünya xəbərləri Materials 1 Fevral 2013 10:56 (UTC +04:00)
Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus yeddi təyyarə dünən axşam Yunanıstanın hava məkanını pozub.
Türkiyə HHQ-nin təyyarələri Yunanıstanın hava məkanını pozub

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus yeddi təyyarə dünən axşam Yunanıstanın hava məkanını pozub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Afina xəbərlər agentliyinə istinadən məlumat verib.

Təyyarələrin ələ keçirilməsi üçün Yunanıstanın döyüş aviasiyası havaya qaldırılıb.

Agentliyin məlumatına görə, Türkiyəyə məxsus dörd təyyarə Xios adasından şimalda, digər üçü isə Rodos adasından şərqdə sərhədi pozub. Türkiyə aviasiyasının dəniz təlimlərində iştirak etdiyi ehtimal edilir.

Yunanıstan müntəzəm şəkildə Türkiyəni hava məkanını, bəzən isə dəniz sərhədini pozmaqda günahlandırır. İki ölkə arasında Egey dənizində sərhəd çəkilməsi ilə bağlı fikir ayrılığı mövcuddur: Afina şelfin bölünməsində problemin olduğunu etiraf edir, Türkiyə isə mütəmadi olaraq dəniz və hava sərhədlərinin müəyyənlik məsələsini sual altında qoyur. Bununla yanaşı, iki ölkə qarşılıqlı etimad tədbirləri haqqında danışıqlar aparırlar.

Yunanıstan Türkiyənin Aİ-yə daxil olmasını Afina ilə münasibətlərin tam nizamlanması da daxil olmaqla, bütün şərtlərə əməl olunması şərtilə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti