Azərbaycan, Bakı, 15 aprel /Trend/
Misirin sabiq prezidenti Hüsnü Mübarək 2011-ci ildəki inqilabi hadisələrdə nümayişçilərin ölümü barədə iş üzrə həbsdən azad edilməlidir. Trend bazar ertəsi İTAR-TASS-a istinadən məlumat verir.
Bu barədə bazar ertəsi Qahirə məhkəməsi qərar qəbul edib.
Hakim bəyan edib ki, Mübarək digər işlər üzrə ittiham edilmədiyinə görə həbsdən azad edilir.