...

Cena Psaki: ABŞ Misirdə vaxtından əvvəl seçkilərə çağırmır

Dünya xəbərləri Materials 3 İyul 2013 02:19 (UTC +04:00)
Dövlət departamenti ABŞ prezidenti Barak Obamanın Misir prezidenti Məhəmməd Mursinin istefasının kütləvi tələblərinin fonunda vaxtından əvvəl seçkiləri keçirməyə çağırdığı barədə məlumatları təkzib edir.
Cena Psaki: ABŞ Misirdə vaxtından əvvəl seçkilərə çağırmır

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Dövlət departamenti ABŞ prezidenti Barak Obamanın Misir prezidenti Məhəmməd Mursinin istefasının kütləvi tələblərinin fonunda vaxtından əvvəl seçkiləri keçirməyə çağırışları barədə məlumatları təkzib edir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət departamentinin nümayəndəsi Cena Psaki çərşənbə axşamı məlumat verir.

"Bizim vaxtından əvvəl seçkilərə çağırışımız barədə məlumatlar səhvdir", - Psaki deyib, "demokratiya vaxt tələb edir". Həmçinin, onun sözlərinə görə, ABŞ Misir hakimiyyətinin düzgün addımlarının atılması barədə nəticə çıxarmır.

"ABŞ Misirdəki demokratik prosesə sadiqdir, heç bir partiyanı və ya qrupu dəstəkləmir... Biz mövqe seçmirik, və seçim etmək - bizim işimiz deyil", - Psaki dəqiqləşdirib. Onun sözlərinə görə, ABŞ həm prezident Mursi ilə, həm də müxalifətlə əlaqə saxlayır.

Psaki Mursini dəstəkləyən fikirlərdən çəkinib, bununla yanaşı ABŞ-ın Misir barəsində keçirdiyi siyasət zamanı "söhbətin heç vaxt tək konkret bir insan haqqında getməməsini" dəqiqləşdirib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, prezident sülh yolu ilə ifadə edən xalqın fikirinə qulaq asacaq. Obamanın Mursi ilə telefon danışıqlarından başqa, həmçinin ABŞ dövlət katibi Con Kerri etiraz əlaməti olaraq istefa verən Misirin xarici işlər naziri Məhəmməd Kamel Amrla zəngləşib.

Mursinin istefası barədə çağırışlarla bu günlərdə Misirdə nümayişlər keçir. Müxalifət onu "müsəlman qardaşları" hərəkatı adından hakimiyyəti ələ almasında ittiham edir.

Xəbər lenti

Xəbər lenti