...

İran prezidenti nüvə məsələsinin tezliklə həllini istəyir

Dünya xəbərləri Materials 27 Sentyabr 2013 22:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend /

İran prezidenti bildirib ki, İranın nüvə proqramı üzrə qısa müddət ərzində nəticələr əldə etmək istəyir. Trend Reuters agentliyinə istinadən bu barədə cümə günü məlumat verir.

Onun sözlərinə görə, ABŞ - İran münasibətlərində əhval-ruhiyyənin yaxşılaşması münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilər.

"Şərait (ABŞ və İran arasında münasibətlər) ötən ilə nisbətən kifayət qədər fərqlidir", - İran prezidenti BMT Baş Assambleyasında cümə günü mətbuat konfransında bildirib.

"Bizim məqsədimiz hökumətlər və xalqlar arasında addım-addım etimad yaradaraq, problemləri həll etməkdir", - Ruhani deyib.

Xəbər lenti

Xəbər lenti