...

İran Parlamentinin spikeri Omana səfər edib

Dünya xəbərləri Materials 4 Dekabr 2013 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir T.Cəfərov/

İran Parlamentinin spikeri Əli Laricani bu gün səhər Omana səfər edib. Trend-in məlumatına görə, bu barədə İran Televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, üçgünlük səfər zamanı Laricani Oman Padşahı Sultan Qabus, omanlı həmkarı Xalid bin Hilal bin Naser Əl-Məluli ilə görüşəcək.

Səfər zamanı İran-Oman parlamentlərarası əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Ə.Laricani Omana səfərdən öncə Mehrabad Hava Limanında jurnalistlərə bildirib ki, İran və Oman arasında nisbətən sabit münasibətlər mövcuddur və iki ölkə arasında siyasi məsləhətləşmələr həmişə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti