...

Vəkil: Xodorkovski təcridxananı tərk edib

Dünya xəbərləri Materials 20 Dekabr 2013 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskinin vəkili Vadim Klyuvqant onun təcridxananı tərk etdiyini bəyan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiyanın Hüquq və Məhkəmə Məlumatları Agentliyinə istinadən bildirib.

Klyuvqant deyib: "Biz təcridxana rəhbərliyindən Mixail Borisoviçin azad edildiyi və koloniyanı tərk etmək barədə rəsmi təsdiqini almışıq".

Vəkilin sözlərinə görə, Xodorkovskinin azad edilməsi prosedurunun necə keçdiyi və onun indi hara getdiyi hələlik ona məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti