...

Qahirədə ikinci partlayış baş verib, ölən var

Dünya xəbərləri Materials 24 Yanvar 2014 12:39 (UTC +04:00)
Cümə günü səhər Qahirənin Daqqa rayonunda yerləşən Rusiya Mədəniyyət Mərkəzinin yaxınlığında ikinci partlayıcı qurğu işə düşüb.
Qahirədə ikinci partlayış baş verib, ölən var

Azərbaycan, Bakı, 24 yanvar / Trend/

Cümə günü səhər Qahirənin Daqqa rayonunda yerləşən Rusiya Mədəniyyət Mərkəzinin yaxınlığında ikinci partlayıcı qurğu işə düşüb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Assoşieyted Press agentliyinə istinadən xəbər yayıb.

İlkin məlumata görə, bir nəfər həlak olub, 15 nəfər yaralanıb.

Qeyd edək ki, dörd nəfərin ölüm və 50 nəfərin yaralanması ilə nəticələnən birinci partlayış Qahirənin mərkəzində polis mənzil-qərargahı yanında baş vermişdi.

Ondan əvvəl isə 3 öldüyü, 47 nəfərin yaralandığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti