...

Türkiyə və İsrail kompensasiyaların ödənilməsi üzrə razılıq əldə etməyə yaxındırlar

Dünya xəbərləri Materials 15 Fevral 2014 23:39 (UTC +04:00)
İsrail hərbçilərinin Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücumu nəticəsində yaranmış böhrandan sonra, Türkiyə-İsrail münasibətləri normallaşacağına ümid verir.
Türkiyə və İsrail kompensasiyaların ödənilməsi üzrə razılıq əldə etməyə yaxındırlar

Azərbaycan, Bakı, 15 fevral /Trend/

İsrail hərbçilərinin Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücumu nəticəsində yaranmış böhrandan sonra, Türkiyə-İsrail münasibətləri normallaşacağına ümid verir. Bu barədə Trend TRT telekanalının saytına istinadən məlumat verir.

Kompensasiyaların ödənilməsi üzrə İsrail ilə danışıqlarda nəticə əldə olunacağı barədə xəbər diplomatik dairələrdə canlanma yaradıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsraillə danışıqlar davam edir və bildirib ki, onların nəticələri yaxın günlərdə məlum olacaq.

Xəbər lenti

Xəbər lenti