...

Yanukoviç özünü ölkənin qanuni prezidenti hesab edir

Dünya xəbərləri Materials 27 Fevral 2014 14:19 (UTC +04:00)
Viktor Yanukoviç bəyan edib ki, özünü hələ də ölkənin qanuni prezidenti hesab edir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-ın əldə etdiyi V.Yanukoviçin bəyanatında deyilir.
Yanukoviç özünü ölkənin qanuni prezidenti hesab edir

Azərbaycan, Bakı, 27 fevral/Trend/

Viktor Yanukoviç bəyan edib ki, özünü hələ də ölkənin qanuni prezidenti hesab edir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-ın əldə etdiyi V.Yanukoviçin bəyanatında deyilir.

Azad seçkilər nəticəsində qanuni prezident seçildiyini deyən V. Yanukoviç bildirib ki, ölkədəki faciəvi hadisələrə laqeyd qala bilməz: "Hesab edirəm ki, Qərb tərəfdaşlarının iştirakı ilə mən və müxalifət arasında Ukraynada böhranın nizamlanması üzrə imzalanmış saziş yerinə yetirilməyib. Bir çox şəhərlərimizdə ekstremizm hökm sürür. Mənim və tərəfdaşlarımın ünvanına ölüm hədələri səsləndirilir".

O, ekstremistlərin fəaliyyətindən qorunmaq üçün Rusiya hakimiyyətindən şəxsi təhlükəsizliyini qorumağı xahiş edib: "Ali Radada baş verənlər qanuni xarakter daşımır. Parlamentdə qərarlar Regionlar Partiyası və digər fraksiyaların iştirakı olmadan qəbul edilir".

V.Yanukoviç ölkənin böhran vəziyyətindən çıxarılması üçün sona qədər mübarizə aparacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti