Azərbaycan, Bakı, 6 mart /Trend/
Krımın statusu haqqında referendum martın 16-na təyin olunub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Krım Muxtar Respublikasının Baş nazirinin müavini təyin edilmiş Rüstəm Temirqaliyev deyib.
Referenduma iki məsələ çıxarılacaq: Rusiya Federasiyasının (RF) subyekti qismində Krımın RF-nin tərkibinə daxil olması və Krımın 1992-ci il konstitusiyasının bərpa olunması.
1992-ci il konstitusiyasına əsasən, Krım Ukraynanın tərkibində göstərilir.