...

Türkiyə ilə sərhəddə NBM-ə silahlı basqın zamanı yeddi suriyalı əsgər həlak olub

Dünya xəbərləri Materials 21 Mart 2014 23:20 (UTC +04:00)
Suriyanın hökumət qoşunları Türkiyə ilə sərhəddə yerləşən Latakiya vilayətindəki posta yaraqlıların basqınının qarşısını alıblar, nəticədə yeddi suriyalı əsgər həlak olub, 17 yaraqlı öldürülüb.
Türkiyə ilə sərhəddə NBM-ə silahlı basqın zamanı yeddi suriyalı əsgər həlak olub

Azərbaycan, Bakı, 21 mart /Trend/

Suriyanın hökumət qoşunları Türkiyə ilə sərhəddə yerləşən Latakiya vilayətindəki posta yaraqlıların basqınının qarşısını alıblar, nəticədə yeddi suriyalı əsgər həlak olub, 17 yaraqlı öldürülüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Frans Press agentliyiməlumat verir.

"Ən-Nusra Cəbhəsi" və "İslam cəbhəsi" radikal qruplaşmaların yaraqlılari Türkiyə ərazisindən daxil olaraq nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum edənlər bir neçə postu ələ keçirib, lakin tezliklə hərbi aviasiyanın dəstəyi ilə Suriya ordusunun hərbçiləri onları geri qaytara biliblər.

Ölənlər arasında Latakiya əyalətindəki "Ən-Nusra Cəbhəsi"nin rəhbəri olub, agentlik bildirir.

Xəbər lenti

Xəbər lenti