...

Misirdə avtobus qəzasının qurbanlarının sayı 33 nəfərə çatıb

Dünya xəbərləri Materials 22 Avqust 2014 10:50
Cümə günü səhər Misirdəki Sina yarımadasının cənubunda iki turist avtobusunun toqquşması nəticəsində ölənlərin sayı son məlumatlara görə 33 nəfərə çatıb, 40-dan artıq insan yaralanıb.
Misirdə avtobus qəzasının qurbanlarının sayı 33 nəfərə çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Cümə günü səhər Misirdəki Sina yarımadasının cənubunda iki turist avtobusunun toqquşması nəticəsində ölənlərin sayı son məlumatlara görə 33 nəfərə çatıb, 40-dan artıq insan yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Misirin MENA agentliyinə istinadən xəbər yayıb.

Yol qəzası məşhur Şarm-əş-Şeyx kurortunun 50 kilometrliyində baş verib. Zərərçəkənlərin şəxsiyyətləri barədə ziddiyyətli məlumatlar daxil olur. "Röyter" agentliyi Səhiyyə Nazirliyinin yerli nümayəndəsi Məhəmməd Laşinə istinadən xəbər verir ki, xəsarət alanlar arasında Rusiya, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşları var. Digər kütləvi informasiya vasitələri isə xəsarət alanların Rusiya deyil, Ukrayna vətəndaşları olduqları barədə xəbər verirlər.

Qəzanın baş verdiyi yerdə xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti