Gürcüstan, Tbilisi, 6 sentyabr /Trend, müxbir Nana Kirsxaliya/
Sentyabrın 5-də Gürcüstanın şərqində, Kvemo-Kartli regionundakı Yaqluca poliqonunda Azərbaycan və Gürcüstanın "Qafqazın Təhlükəsizliyi - 2014" birgə beynəlxalq təlimləri keçirilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, təlimlərdə Gürcüstanın DİN, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin, Azərbaycanın FHN, BP şirkətinin, eləcə də "Enerji İnvest" ASC-nin nümayəndələri iştirak ediblər.
Təlimlərdə məqsəd Gürcüstan və Azərbaycan arasfnda qarşılıqlı əməkdaşlıq memorandumu və iki ölkə arasında əməkdaşlıq çərçivəsində fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycanın müvafiq strukturlarının birgə fəaliyyətlərinin, eləcə də "British Petrolium" şirkəti ilə Gürcüstan hökuməti arasında imzalanan sazişə görə, quruda və suda neft dağılmalarına birgə reaksiya verilməsi işinin əlaqələndirilməsinin yaxşılaşdırılmasıdır.