Azərbaycan, Bakı, 5 noyabr /Trend/
ABŞ vitse-prezidenti Co Baydenin qarşıdakı səfəri çətin ki, onun üzrxahlıq etməkdən imtina etməsi ilə əlaqədar pozula bilər. Trend Anadolu agentliyinə istinadən bu barədəTürkiyə XİN-i məlumat verir.
Nazirliyinin nümayəndəsi Tanju Bilqiç mətbuat-konfransında çıxış edərək, bildirib: "Baydenin iradlarından sonra Ağ Evin mətbuat katibi Coş Ernest və vitse-prezidentin mətbuat katibi Kendra Barkoff Baydenin üzr istəməyi barədə bəyanatlarla çıxış ediblər və bu fakt sonradan KİV-lərdə geniş əksini tapıb ".
Bilqiç qeyd edib ki, bu məsələ ilə bağlı əlavə şərhlər vermək yanlış olardı.
"Mən düşünmürəm ki, bu Baydenin səfəri zamanı hər-hansı problemlər yarada bilər", - Bilqiç bildirib.