...

ABŞ-da polisin güllələdiyi şəxs ölüb

Dünya xəbərləri Materials 5 Yanvar 2015 11:31 (UTC +04:00)
San-Fransisko polisi onları tapançaya oxşayan əşya ilə hədələyən kişiyə atəş açıb.
ABŞ-da polisin güllələdiyi şəxs ölüb

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

San-Fransisko polisi onları tapançaya oxşayan əşya ilə hədələyən kişiyə atəş açıb. Həmin şəxs aldığı yaralardan ölüb. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən xəbər verir.

İnsident bazar günü yerli vaxtla saat 17:30-da şəhərin şərq hissəsində polis məntəqəsinin avtomobil dayanacağında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, naməluum şəxs kənar şəxslər üçün qapalı olan dayanacağın ərazisinə soxulub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, üç polis əməkdaşı ona yaxınlaşaraq ərazini tərk etməyi xahiş edib. O, qaçmağa başlayıb, daha sonra dayanaraq tapançaya oxşar əşyanı çıxarıb.

Polislər həmin əşyanı silah zənn edərək atəş açmağa başlayıblar.

Yaralanan kişi yerli xəstəxanaya yerləşdirilib və az sonra vəfat edib. Sonradan hadisə zamanı bu şəxsdə odlu silah deyil, pnevmatik tapança olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti