Azərbaycan, Bakı, 24 fevral /Trend/
Əfqanıstanda silahlı şəxslər avtobusa hücum edərək 30 sərnişini qaçırıblar.
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, insident dünən axşam saatlarında baş verib.
Avtobus Heratdan Kabula doğru hərəkət edirmiş. Məlumata görə, qaçırılanlar yerli şiə müsəlmanlardır.
Hücum edənlərin niyyəti bəlli deyil.