...

Kadırov Putindən ötrü canından keçər

Dünya xəbərləri Materials 10 Mart 2015 17:22 (UTC +04:00)
Ötən gün "Şərəf" ordeni ilə təltif edilmiş Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidentinə minnətdarlığını bildirib və özünü Vladimir Putinin "piyada əsgəri" adlandırıb.
Kadırov Putindən ötrü canından keçər

Azərbaycan, Bakı, 10 mart /Trend/

Ötən gün "Şərəf" ordeni ilə təltif edilmiş Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidentinə minnətdarlığını bildirib və özünü Vladimir Putinin "piyada əsgəri" adlandırıb.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, R.Kadırov deyib ki, Çeçenistanda sülh və sabitlikdə əsas xidmət V.Putinə məxsusdur: "Yalnız onun müdrik siyasəti, kömək və dəstəyi davamlı sülh əldə etməyə, respublikanı, onun iqtisadiyyatı, mədəniyyəti dirçəltməyə imkan verdi".

O, qeyd edib ki, həmişə V.Putinin mübarizə yoldaşı olacaq: "Bu insan üçün candan keçmək ən yüngül tapşırıqdır. Əmin edirəm ki, nəyin bahasına olursa olsun, istənilən əmri icra edərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti